Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər yolunun yolçusuyuq biz

0

  •       Azərbaycan
    dövləti yaranandan və azərbaycan milləti formalaşıb yer üzündə mövcud olduğu
    gündən ta ki, bu günə qədər Azərbaycanın keşməkeşləri bərabər uğurları da
    olmuşdur. Müzəffər Ali Baş Komandan Cənab Prezidentin sayəsində bu uğurlar hələ
    də davam etməkdədir. Azərbaycanın ordu quruculuğu qədim dövlətçilik ənənələrinə
    söykənir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində hərbçilərə, hərbi xidmət
    müqabilində müəyyən növ torpaq mülkiyyətinin verilməsi, Səfəvi ordusunda azərbaycanlılardan
    ibarət çərik adlı qoşunun təşkil edilməsi buna sübutdur. Bu müddətdə ermənilərə
    havadarlıq edən Avropa ölkələrinə, xüsusən də Rusiyaya bəyan etmək lazımdır ki,
    Sovet İttifaqının müharibədə təkcə Azərbaycanın nefti yox, canlı qüvvəsinin
    hesabına qələbə çaldıqlarını yaxşı bilsinlər. 
    Böyük Vətən Müharibəsində Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Əhmədiyyə
    Cəbrayılovun misilsiz şüacətlər göstərməsi bunun başlıca göstəricisidir. Ümummilli
    lider Heydər Əliyev yenə də buna səssiz qalmadı. 1971-ci il aprelin 19-da Cəmşid
    Naxçıvanski adına Hərbi Liseyin əsası qoyuldu və Ümummilli Lider Heydər Əliyev
    bu Liseyin açlılış mərasimində iştirak etdi. Cəmşid Naxçıvanski adına Hərbi
    Liseyin açılışı hal-hazırki dövrdə də öz bəhrəsini verməkdədir. Ümummilli Lider
    Heydər Əliyev hakimiyyətə gələndən sonra ordu yenidən quruldu, Silahlı Qüvvələrimiz
    savadlı, vətənpərvər, mənəvi və fiziki cəhətdən sağlam, çevik kadrlarla təmin
    edildi. 1918-ci il 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan
    edildi. Hər il 26 iyun tarixində böyük təntənə ilə yarandığı günü qeyd
    etdiyimiz Azərbaycan Ordusunun nəyə qadər olduğunu 2020-ci il sentyabr ayının
    27-də başlayan Vətən savaşı açıq şəkildə bəyan etdi. Şuşaya gözlənilməz yerdən,
    qayalardan dırmanaraq həmlə edilməsi, Cəbrayıl Dövlətzadənin əliyalın şəkildə
    hücum edərək bir erməni generalını və bir erməni polkovnikini yalın əlləri ilə
    boğması, Mais Bərxudarovun və Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun
    iştirakı ilə Xocalının Çanaqçı kəndində N saylı hərbi hissənin açılışı buna ən
    bariz misaldır. Gün gələcək işğaldan azad olunan ərazilər bərpa ediləcək,
    Xocalı, Xankəndi, Xocavənd və Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq. O gün,
    uzaqda deyil.

    Pərviz HƏSƏNLİ,Xocalı rayon gənci

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib52 dəfə
    Zəfər yolunun yolçusuyuq biz

    Maraqlı gələ bilər
    49
    0